05 Sentyabr 2018 22:34
515
Təhsil
A- A+

Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasındakı əlaqələr ildən-ilə möhkəmlənir


Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə səfərdə olan Çexiyanın Karlova Universitetinin təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə A.Məhərrəmov iki universitet arasında yarım əsrə yaxın davam edən əməkdaşlıqdan danışıb. O, bu əlaqələrin ildən-ilə möhkəmləndiyini, ötən müddətdə 500-dən çox müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, həmçinin keçən il Karlova Universitetinin 10 müəllim və tələbəsinin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək məqsədilə Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını xatırladıb.

Söhbət zamanı İ.Ziman rəhbərlik etdiyi fakültənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 1920-ci ildə yaradılan fakültənin 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı fəaliyyət göstərir.

Görüşdə, həmçinin BDU-nun kimya və biologiya fakültələri ilə Karlova Universitetinin təbiət elmləri fakültəsi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlər müzakirə olunub.

Görüşdən sonra qonaqlar universitetin nano araşdırmaları laboratoriyasında və təkamül təlimi muzeyində olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video