Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:42 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd təsərrüfatı naziri Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb
Kənd təsərrüfatı naziri Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:30 05.09.2018
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfederasiyanın prezidenti Məmməd Musayev qurumun gördüyü işlər, regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Assosiasiyaların inkişafında maraqlı olduqlarını deyən ASK prezidenti bu institutların daha da inkişaf etməsi üçün assosiasiya üzvlərinə müxtəlif təlimlər keçiriləcəyini deyib.

Nazir İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa önəm verdiyini, bu məqsədlə qurumun tərkibində fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin yaradıldığını bildirib. Müxtəlif assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini deyən nazir belə görüşlərin aqrar sahədə mövcud vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə aqrar sektorun inkişafına dair müxtəlif təkliflər müzakirə olunub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM