Alternative content

21:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda korrupsiya halları çoxalıb
Ermənistanda korrupsiya halları çoxalıb
ANA SƏHİFƏ / DÜNYA
22:23 05.09.2018

Ermənistanda yeni hökumətin korrupsiyaya qarşı mübarizə barədə bəyanatlarına baxmayaraq, rəsmi mənbələr bu cür halların çoxaldığını etiraf etməli olub.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan altı dövlət idarəsində korrupsiya faktlarını açıqlayıb. Onun sözlərinə görə, ən rüsvayçı yeyinti halları "Yüksəkgərginlikli elektrostansiyalar” QSC-də aşkarlanıb. Bu müəssisənin rəhbərliyi istismar müddəti başa çatmış və hər birinin qiyməti 25 min dollar olan transformatorların istehsal tarixini silərək onları yeni avadanlıq kimi təqdim edib. Mənimsənilən 291 min dolların dövlət büdcəsinə qaytarılması üçün sənədlər prokurorluğa göndərilib. Bundan başqa, xarici şirkətlə imzalanan müqavilənin dəyəri də 1,5 milyon dollar şişirdilib.

Sanasaryan əlavə edib ki, "Ukrinvest”, "Lusanşan”, "Rodina-Diaspora” və digər müəssisələrdə də maliyyə fırıldaqları və digər korrupsiya faktları aşkarlanıb. Xidmət rəisi vurğulayıb ki, bütün bu iqtisadi cinayətlər Ermənistanda "məxməri inqilab”dan sonrakı dövrdə törədilib. Ermənistan Aqrar Universitetinin rektoru Nşan Qriqoryan isə saxta tender yolu ilə satınalma əməliyyatları keçirməkdə ittiham olunur.

Bununla yanaşı, Rusiyada diaspor fəaliyyəti ilə məşğul olan "Rodina-Diaspora” təşkilatının Ermənistan İctimai Televiziyasına sənədli film çəkilişi üçün 145 min dollar pul köçürməsi faktı ilə bağlı da cinayət işi qaldırılıb. Məlum olub ki, televiziya bu filmi öz vəsaiti hesabına lentə alıb.