Alternative content

10:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Baş naziri Yaponiyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Yaponiyanın xarici işlər naziri ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
22:12 05.09.2018

Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Baş nazir bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğuladı.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı.

Qeyd olundu ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Hazırda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən yeni həmsədrinin təyin olunması məsələsinə baxılmaqdadır.

Qonaqlara Azərbaycanda yeni yaradılmış sənaye parkları haqqında ətraflı məlumat verən Baş nazir bildirdi ki, Yaponiya şirkətləri bu sənaye parklarına cəlb oluna bilər.

Yaponiya xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirən Novruz Məmmədov bu səfərin qarşılıqlı əlaqələrimizin genişlənməsində önəmini vurğuladı.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkəmizə 19 il əvvəl səfər etdiyini xatırlatdı. Taro Kono bildirdi ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan Yaponiyanın vacib tərəfdaşıdır. Yaponiyanın xarici işlər naziri oktyabrın 1-dən Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə bağlı qərar verdiklərini bildirdi.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM