Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə-Rusiya işçi qrupu Ankarada Suriya məsələsini müzakirə edib
Türkiyə-Rusiya işçi qrupu Ankarada Suriya məsələsini müzakirə edib
ANA SƏHİFƏ / DÜNYA
21:56 05.09.2018

Türkiyə-Rusiya işçi qrupu Ankarada regional təhlükəsizlik məsələlərini və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

"Türkiyə-Rusiya işçi qrupu avqustun 31-dən sentyabrın 4-dək apardığı danışıqların gedişində Suriyadakı son vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Gələcəkdə bununla bağlı müştərək fəaliyyət davam edəcək”, - deyə kommunikedə bildirilir.

Avqust ayında Türkiyə və Rusiyanın müdafiə qurumlarının rəhbərləri Hülusi Akar və Sergey Şoyqu iki dəfə görüşüb. Avqustun 17-də Moskvada keçirilən danışıqlarda nazirlər Suriyadakı humanitar vəziyyətin tezliklə nizamlanması, o cümlədən qaçqınların evlərinə qayıtması, həmçinin Türkiyə və Rusiyanın Müdafiə Nazirliklərinin ikitərəfli fəaliyyəti məsələlərini nəzərdən keçiriblər. Avqustun 24-də isə onlar və Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru Hakan Fidan Suriyada vəziyyətin sabitləşməsi və hər iki ölkənin hərbi-texniki əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 7-də Suriya münaqişəsinin nizamlanmasına həsr olunan üçtərəfli Türkiyə-İran-Rusiya sammiti keçiriləcək. Tehranda baş tutacaq sammit Suriya böhranının nizamlanması üzrə bu formatda keçiriləcək üçüncü görüş olacaq. Türkiyə, İran və Rusiya prezidentləri ilk dəfə ötən il noyabrın 22-də Soçi şəhərində bir araya gəlmişdilər. Bu formatda növbəti sammit isə bu il aprelin 4-də Ankarada keçirilmişdi. Onun nəticələrinə əsasən, yüksək səviyyədə görüşləri davam etdirmək niyyətini ifadə edən birgə bəyanat qəbul olunmuşdu.