Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Yaponiya təhsil əlaqələri yeni mərhələdə
Azərbaycan-Yaponiya təhsil əlaqələri yeni mərhələdə
ANA SƏHİFƏ / Təhsil
17:50 05.09.2018

Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bir sıra görüşlər keçirib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində F.Qurbanov Tokio şəhərində Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya nazirinin müavini Şinjiro Komatsu ilə görüşüb. Görüşdə F.Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Ş.Komatsu iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Yaponiyanın və Azərbaycanın ali təhsil müəssisələri arasında akademik mübadilə ilə yanaşı, birgə elmi-tədqiqatların aparılması, müəllimlər üçün təlimlərin keçirilməsi təklif olunub, azərbaycanlı tələbələrin bu ölkədə təhsil almaları üçün imkanların genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Ş.Komatsu peşə təhsili ilə bağlı bir sıra layihələrin keçirilməsində də maraqlı olduqlarını vurğulayıb. O, 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edəcək ölkəmizə uğurlar arzulayıb.

F.Qurbanov, eyni zamanda, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Şərqi və Orta Asiya, Qafqaz Departamentinin baş direktoru Koji Fujiya ilə görüşüb. Görüşdə F.Qurbanov peşə təhsilində aparılan islahatlar, bu sahədəki yeniliklər haqqında məlumat verib.

Azərbaycanla bağlı əlaqələrdən danışan K.Fujiya iqtisadi və sosial proqramlara, eləcə də insan resurslarının inkişafı, peşə təhsili istiqamətində layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.