05 Sentyabr 2018 17:49
323
CƏMİYYƏT
A- A+

Astanada Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri müzakirə olunub



Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qazaxıstanlı həmkarı Madina Abılkasımova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri və məşğulluq sahəsində olan imkanlar müzakirə edilib. Azərbaycanda aparılan islahatlar, yaradılan elektron sistemlər və görülən işlər barədə məlumat verilib. Qazaxıstan tərəfi əmək müqaviləsi qeydiyyatı sistemindəki Azərbaycan təcrübəsini böyük maraqla qarşılayıb və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi razılaşdırılıb.

Qazaxıstanda məşğulluq, əmək birjalarının elektronlaşdırılması, rəqəmsallaşdırılma sahələrində irəliləyişlər əldə olunub. Azərbaycanın islahat proqramına daxil olan məşğulluq sahəsində yaradılacaq geniş portalda da bu təcrübədən istifadə ediləcəyi bildirilib.

Hər iki ölkədə əldə olunan yeniliklərin müzakirəsinə və tətbiqinə imkan yaradılacaq. Bundan əlavə sosial müdafiə və sosial təminat, yaşın artırılması, bədbəxt hadisələrdən sığorta mexanizmi ilə bağlı müzakirələr aparılıb və təcrübə mübadiləsinin həyata keçiriləcəyi qeyd edilib.

Əməkdaşlıq istiqamətlərini özündə əks etdirən memorandum layihəsinin hazırlanaraq Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin Azərbaycan səfəri zamanı imzalanması nəzərdə tutulub. Sənədə əsasən təcrübə mübadiləsi və imkanların araşdırılması üçün qarşılıqlı platformanın yaradılması planlaşdırılır.

Ümumilikdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, sosial sahədə əməkdaşlıq inkişaf edir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video