Alternative content

03:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Builki qəbul imtahanlarında 700 bal toplayanlardan 13-ü Bakı Ali Neft Məktəbini seçib
Builki qəbul imtahanlarında 700 bal toplayanlardan 13-ü Bakı Ali Neft Məktəbini seçib
ANA SƏHİFƏ / Təhsil
17:46 05.09.2018

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumilikdə 13 nəfər 700 bal toplayıb və onların hamısı Bakı Ali Neft Məktəbini (BANM) seçib.

BANM-dənAZƏRTAC-a bildiriblər ki, həmin gənclər artıq bu ali məktəbdə qeydiyyatdan keçiblər. Onlardan altısı informasiya təhlükəsizliyi, yeddi nəfəri isə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə təhsil alacaq.

Xatırladaq ki, ötən il də birinci qrup üzrə 700 bal toplayan yeddi abituriyentin hamısı BANM-i seçib.