Alternative content

22:37 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cebi” Yaponiyada 1,2 milyon nəfəri işıqsız qoydu
“Cebi” Yaponiyada 1,2 milyon nəfəri işıqsız qoydu
ANA SƏHİFƏ / DÜNYA
17:41 05.09.2018


Yaponiyada tüğyan edən "Cebi” tayfunu üzündən Osaka, Gifu, Mie və Ayti prefekturalarında 1,2 milyondan çox sakin işıqsız qalmışdır. Bu barədə "Kansai Electric Power” və "Chubu Electric Power” energetika şirkətləri məlumat vermişdir.

Qasırğadan sonra ölkənin bu hissəsində günəşli və isti hava bərqərar olmuşdur. İşığın olmaması adamları kondisioner işlətməkdən məhrum etmişdir.

Kioto prefekturasında yeganə yol dağıldıqdan sonra 160 məktəbli yay düşərgəsindən çıxa bilmir. Təkcə Osaka prefekturasında 2 min işıqfor işləmir. Bu isə yol-nəqliyyat hadisələrinin baş verməsi riskini artırır.

Təbii fəlakət Kansay hava limanına böyük ziyan vurmuşdur. O, su altında qalmışdır və işini nə vaxt bərpa edəcəyi hələ ki məlum deyil. Aeroportun binasında 3 min sərnişin və yüzlərlə əməkdaş gecələmişdir. Dünən səhər onları katerlərlə Kobe hava limanına daşımağa başlamışlar.

Son məlumata görə, "Cebi” tayfunundan ölənlərin sayı artıq 10 nəfərə çatmışdır. 300 nəfərdən çox adam müxtəlif dərəcəli xəsarət almışdır.