Alternative content

11:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin missiyası Suriyada işini bərpa etdi
BMT-nin missiyası Suriyada işini bərpa etdi
ANA SƏHİFƏ / DÜNYA
17:40 05.09.2018

Colan yüksəklikləri rayonunda BMT-nin missiyası öz işini bərpa etmişdir. Yaxın vaxtlarda Suriyanı qonşu İsraillə birləşdirən yol açılmalıdır. Bu barədə vesti.ru saytı xəbər verir.

Məlumata görə, sülhməramlılar iki ölkə arasında yerləşən keçid məntəqəsində keşik çəkirlər. Onların təhlükəsizliyini Rusiya hərbi polisi təmin edir. Bunun sayəsində Kuneytrə əyalətində genişmiqyaslı işlər aparılır.

"Rossiya 24” telekanalının xəbərinə görə, ərazidən ağır silahlar müsadirə olunmuşdur. Yüngül silahları isə suriyalı istehkamçılar məhv edirlər.