Alternative content

22:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hindistanda körpü uçdu
Hindistanda körpü uçdu
ANA SƏHİFƏ / DÜNYA
17:39 05.09.2018


Hindistanın Kəlküttə şəhərinin yaxınlığında körpünün uçması nəticəsində yaralananların sayı 23 nəfərə çatmışdır. Bir nəfər həlak olmuşdur. Bu barədə "İndia TV” telekanalı xəbər verir.

Dəqiqləşdirilmiş məlumata görə, dəmir yolu üstündə yerləşən körpü srağagün axşam pik saatında uçmuşdur. O vaxt körpüdə və onun altında bir neçə avtomobil olmuşdur. Sərnişinlərin əksəriyyəti xilas ola bilmişdir. Zərərçəkənlər xəstəxanalara yerləşdirilmişdir.

Xilasedicilərin dediyinə görə, hadisə yerində 25-ə yaxın yaralı aşkar edilmişdir. Yaralıların və ölənlərin dəqiq sayı barədə hələ ki məlumat verilmir. Hakimiyyət orqanları güman edir ki, körpünün üçqunları altında ölənlər və sağ qalanlar ola bilər.