Alternative content

09:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 481 nəfərə çatdı
Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 481 nəfərə çatdı
ANA SƏHİFƏ / DÜNYA
17:38 05.09.2018

Nikaraquada hökumət əleyhinə etiraz nümayişləri zamanı həlak olanların sayı 481 nəfərə çatmışdır. Onlardan 410-u odlu silah yarasından dünyasını dəyişmişdir. Daha 4 min nəfərdən çox adam yaralanmış, təxminən 1200 nəfər tutulmuş, yaxud itkin düşmüşdür. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.
Bundan əvvəl bildirilirdi ki, aprel ayından bəri etiraz nümayişləri zamanı 317 nəfər həlak olub. Onlardan 21-i polis əməkdaşı, 23-ü isə uşaqlar və yeniyetmələrdir.
Xatırladaq ki, ölkədə hökumət əleyhinə etirazlar cari ilin aprelində yerli hakimiyyət orqanlarının təklif etdiyi islahatdan sonra başlamışdır. İslahat işəgötürənlərin və əməkçilərin sosial sığorta fondlarına ödənişlərinin miqdarının artırılmasını nəzərdə tuturdu.
Sonradan Prezident Daniel Orteqa həmin islahatı ləğv etsə də, kütləvi çıxışlar səngimir. İndi müxalifət növbədənkənar seçkilər keçirməyi tələb edir. Orteqa isə bununla razılaşmır və baş verənləri ölkəyə qarşı qəsd kimi qiymətləndirir.