Alternative content

12:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Donald Tramp BMT Təhlükəsizlik Şurasının İran mövzusunda iclasına sədrlik edəcək
Donald Tramp BMT Təhlükəsizlik Şurasının İran mövzusunda iclasına sədrlik edəcək
ANA SƏHİFƏ / DÜNYA
14:47 05.09.2018

ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclası İran mövzusuna həsr olunacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

"Prezident Təhlükəsizlik Şurasının görüşündə sədr olmaq niyyətindədir. O, görüşü İran tərəfindən beynəlxalq hüququn pozulması faktına və bu ölkənin Yaxın Şərq regionunda səbəb olduğu ümumi qeyri-stabilliyə reaksiya vermək üçün çağırır”, - deyə Heyli mətbuat konfransında bildirib.

Daimi nümayəndə qeyd edib ki, BMT-nin qaydalarına əsasən, iclasda İran tərəfi də iştirak edə bilər.

Bir qədər öncə İran Prezidenti Həsən Ruhaninin Baş Assambleyanın iclasında iştirak etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.

BMT Baş Assambleyasının 73-cü sessiyası sentyabrın 18-də işə başlayacaq. Ümumi müzakirələr sentyabrın 25-dən oktyabrın 1-dək davam edəcək.