05 Sentyabr 2018 14:11
305
SİYASƏT
A- A+

“Facebook” və “Twitter” şirkətlərinin rəhbərləri ABŞ Konqresinin dinləmələrində ifadə verəcəklər


"Facebook” və "Twitter” şirkətlərinin rəhbərləri bu gün ABŞ Konqresinin internetlə siyasətin əlaqələrinə həsr olunmuş dinləmələrində ifadə verəcəklər. "Facebook” şirkətinin administrasiyası seçkilərdə mümkün müdaxiləni ciddi qəbul etdiyini və bu problemə məsuliyyətlə yanaşdığını dəfələrlə təsdiqləyib. "Twitter” şirkətinin rəhbərləri də siyasətin öz fəaliyyətlərinə hər hansı təsirini inkar edirlər.

ABŞ Konqresinin kəşfiyyat üzrə senat komissiyasının sorğusuna baxmayaraq, "Google Alphabet Inc” şirkətinin rəhbərlərindən heç biri dinləmələrdə ifadə verməyəcək. Bu da, öz növbəsində, ABŞ qanunvericilərini məyus edib.

AZƏRTACxəbər verir ki, şirkətin çərşənbə günü dərc olunan rəsmi ifadələrinə görə, "Facebook”un baş icraçı direktoru Şeril Sandberq "Twitter” şirkətinin baş icraçı direktoru Cek Dorsi ilə birgə çıxış edərək bildirib ki, xarici dövlətlərdən müdaxiləyə qarşı onun şirkətinin səyləri ABŞ-da 2016-cı il seçkilərindən sonra yaxşılaşıb. "Bunun cavabında gördüyümüz tədbirlər bizim bu kimi müdaxilələri dayandırmaqdan ötrü mümkün olan hər şeyi etmək qətiyyətimizi nümayiş etdirir”, - deyə Ş.Sandberqin ifadələrində bildirilir. Sandberqin bəyanatına görə, şirkət "mötəbər olmayan” məzmunda məlumatların axtarışı və kənarlaşdırılması sahəsində üsulları təkmilləşdirir. Bəyanatda, həmçinin bildirilir ki, şirkətdə məlumatların təhlükəsizliyi və qorunması sahəsində 20 mindən çox adam çalışır.

Hər iki şirkət rəhbəri ötən il ərzində Konqresdə dəfələrlə çıxışlarında öz mövqelərini müdafiə edib və onların saytlarında siyasi müdaxilənin az və ya ümumiyyətlə olmadığını təsdiqləyib. Kəşfiyyat üzrə senat komitəsi bir ildən çoxdur ki, xaricdən maraqlı tərəflərin ABŞ-da ictimai rəyin nüfuzuna təsir edən cəhdləri ilə bağlı təhqiqat aparır.

Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının ölkədə keçirilmiş seçkilərə müdaxilə olunması qənaətinə gəlməsindən sonra təhqiqata başlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video