Alternative content

14:58 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arzu Nağıyev: Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur
Arzu Nağıyev: Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur
ANA SƏHİFƏ / SİYASƏT
12:17 05.09.2018

Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Demək olar ki, bu, bütün sahələri əhatə edir. İstər iqtisadi, istər siyasi, mədəni və hərbi sahələrdə ikitərəfli tərəfdaşlıq əlaqələri var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə imzalanan çoxsaylı sənədlər də bunu deməyə əsas verir. Hər iki dövlət başçısının şəxsi münasibətləri də yüksək səviyyədə olduğu üçün bu proseslər dinamik inkişaf edir. Bir sıra sahələrdə münasibətlər artıq strateji əhəmiyyətlidir. Azərbaycan Rusiya hərbi–sənaye kompleksi ilə sıx əlaqəlidir və ən mühüm istehlakçılardan biridir.

A.Nağıyev bildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət məhz Dağlıq Qarabağ münaqişəsinin həlli olduğu üçün və Rusiya da ATƏT–in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistana təzyiq mexanizminə və bu problemin həllində mühüm rola malikdir. Siyasi ekspertin qənaətincə, bu istiqamətdə işlər davam etdirilməlidir. "Eyni zamanda, Azərbaycan tranzit bir dövlət kimi, ticarət və digər dəhlizlərə malik olduğuna görə, Rusiya üçün əhəmiyyət kəsb edir. Bununla yanaşı, hər iki ölkə birgə sərmayə qoyuluşu ilə mühüm iqtisadi layihələr həyata keçirə bilərlər”, - deyə A. Nağıyev vurğulayıb. O qeyd edib ki, bu layihələr həm neft-qaz, həm də qeyri-neft sahələrinin inkişafına müsbət təkan verə bilər.