05 Sentyabr 2018 12:17
417
SİYASƏT
A- A+

Günay Əfəndiyeva: Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının mədəni dəyərləri ilə bağlı müxtəlif layihələr reallaşdırıb


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sentyabrın 2-3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə və III Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, G.Əfəndiyeva, həmçinin Sammit çərçivəsində təşkil olunan Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının görüşündə çıxış edib, uzun müddətdən bəri gözlənilən tədbirin təşkili və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq arenada təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib. Vurğulanıb ki, müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyası mədəniyyəti, zəngin tarixi, milli-mənəvi dəyərləri əhatə edən müxtəlif layihələrə imza atıb. Həyata keçirilən bir sıra layihələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı Bəyannamədə öz əksini tapıb.

Çıxışı zamanı rəhbərlik etdiyi Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanılmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında Fond tərəfindən həyata keçirilən tədqiqat işlərindən bəhs edib.

G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bina ayrıldığına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirib və binanın açılışının gələn il Bakıda təşkil ediləcək Türk Şurasının VII Sammiti çərçivəsində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sammit çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sənədlər imzalanıb.

İclasda Qırğız Respublikası xarici işlər naziri Erlan Abdıldayev, Qazaxıstan Respublikası xarici işlər naziri Kayrat Abduraxmanovo, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstan Respublikası xarici işlər naziri Peter Siyarto, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA, Türk Akademiyasının rəhbərləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video