05 Sentyabr 2018 12:15
1067
Elm və texnika
A- A+

Gözləri tamamilə əvəz edəcək implantat hazırlanır


ABŞ-ın Minnesota Universitetinin alimləri ilk dəfə gözün üçölçülü strukturunun əldə edilməsinə nail olublar.
Struktur torlu qişanın işini təqlid edir və implantatla birlikdə işləyir. Belə ki, beyinə təsvir haqqında siqnalları ötürən torlu qişa hüceyrələri üçün görülən təsvir elektrik impulslarına çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası meddaily.ru saytına istinadla məlumat yayıb. Qeyd olunub ki, alimlər yarımkürə əsasla işləməyə başlayıblar. Onu üçölçülü printerdən istifadə edərək, tərkibində gümüş zərrəcikləri olan mürəkkəblərlə örtüblər. Onların üzərində yarımkeçirici polimer materiallardan yaradılmış və işığı elektrikə çevirən fotodiodlar yerləşdirilib. Bu metoddan istifadə etdikdə bütün strukturun çap prosesinə təxminən bir saat vaxt sərf olunur.
Alimlər ötürülən informasiyanın keyfiyyətini yüksəltmək üçün işıq reseptorlarının sayını artırmağı planlaşdırırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video