Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:12 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Astanada keçirilən beynəlxalq konfransda çıxış edib
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Astanada keçirilən beynəlxalq konfransda çıxış edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:32 05.09.2018
Qazaxıstanın Astana şəhərində "Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir. Nüfuzlu siyasətçilərin, beynəlxalq təşkilatların regional rəhbərlərinin və qadın hüquqları müdafiəçilərinin iştirak etdiyi konfransda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən S.Babayev gender bərabərliyinin təmin olunması sahəsində ölkəmizdə aparılan fəal dövlət siyasəti barədə məlumat verib. Nazir hələ 1918-ci ildə, bu il 100 illiyi qeyd edilən, İslam dünyasında ilk dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verildiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, bütün sahələrdə gender bərabərliyinin təmin olunması ilə bağlı əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycanda qadınlar əhalinin 50,1 faizini təşkil edir. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47-si, işçi qüvvəsinin 48,6, məşğul əhalinin 48,1, elmi işçilərin 53,6 faizi qadınlardır. Seçkili, idarəetmə və məhkəmə orqanlarında qadınlar layiqincə təmsil olunurlar.

Nazir vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması ümumən regionda sosial inkişafa, habelə qadınların sosial hüquqlarının tam təmin olunmasına ciddi maneə yaradır.

S.Babayev əfqan qadınlarının insan hüquqlarının müdafiəsi, sağlamlıq və təhlükəsizlik, habelə iqtisadi hüquqlarının təmin olunması ilə bağlı BMT-nin təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini deyib. Nazir iqtisadi islahatlarda gender aspektinin nəzərə alınması, qadınların məşğulluq problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Əfqanıstan Hökuməti ilə əməkdaşlığın mümkünlüyünü və bunun əhəmiyyətli olacağını diqqətə çatdırıb. O, xüsusilə özünüməşğulluq proqramının icrası sahəsində ölkəmizin təcrübəsinin Əfqanıstanla bölüşülməsinin və bu sahədə lazımi metodiki dəstəyin verilməsinin mümkünlüyünü qeyd edib. S.Babayev bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzi əfqan qadınlarının məşğulluq potensialı yüksək olan sahələr üzrə müvafiq bilik və bacarıqlara yiyələnməsi işlərində də yaxşı imkanlar yarada biləcək. Nazir Azərbaycan və Əfqanıstan arasında yaradılacaq hökumətlərarası birgə işçi qrupun fəaliyyət gündəliyində digər məsələlərlə yanaşı, qadınların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əməkdaşlığın da olmasını təklif edib.

Daha unikal bilik və bacarıqlar sayəsində qlobal problemləri həll etmək məqsədilə Azərbaycanın "İnsan kapitalını inkişaf etdirməklə daha yaxşı gələcək qurmaq” mövzusunda "Expo 2025”-ə ev sahibliyi etmək təşəbbüsünü irəli sürdüyünü vurğulayan S.Babayev konfrans iştirakçılarını Azərbaycanı bu təşəbbüsdə dəstəkləməyə dəvət edib.

Konfransın gündəliyinə Əfqanıstanın inkişafında qadınların rolu, onların təhsil səviyyəsinin yüksəldilməsi, əmək bazarında fəal iştirakının təmin olunması vasitəsilə ölkənin sosial-iqtisadi sahəsində hüquq və imkanlarının genişləndirilməsinə dair müzakirələr və qeyd olunan sahələrdə konkret tövsiyələrin və layihə təkliflərinin hazırlanması daxildir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM