Alternative content

05:37 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Soçidə səsləndirilən fikirlər, imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir
Soçidə səsləndirilən fikirlər, imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir
ANA SƏHİFƏ / SİYASƏT
10:21 05.09.2018

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə keçirilən görüşlər, səsləndirilən fikirlər və imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Bu fikirləriAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. Deputat deyib: "2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib ki, hazırda ölkəmizdə təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Həmçinin iki ölkənin hərbi-texniki əməkdaşlığı da inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir. Bütün bunlarla yanaşı, Azərbaycan ilə Rusiya qlobal əhəmiyyətli layihələrin də həyata keçirilməsində birgə işləyirlər. Məhz, Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək, Cənubi Asiya və Yaxın Şərqdən gələn yüklərin Avropaya daşımalarını xeyli sürətləndirəcək, ümumi uzunluğu 7 min kilometrdən artıq olan beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması haqqında ortaq fikirlər və fəaliyyətlər söylənilənlərin əyani sübutudur. Bu mənada Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Sədaqət Vəliyeva əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir və iki ölkənin liderləri arasındakı müntəzəm görüşlər dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir.