05 Sentyabr 2018 00:25
381
SİYASƏT
A- A+

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji xarakter daşıyır


Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşündə bir çox məsələlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, ondan çox vacib sənəd imzalanıb. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin son üç ayda üç görüşü baş tutub. Bu görüşlər yaxın dostların və müttəfiqlərin mütəmadi görüşləridir.

Bu sözləri sentyabrın 4-də "Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq və ictimai xadim Sergey Markov deyib.

Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həm prezidentlər səviyyəsində, həm də iqtisadi, siyasi və humanitar sahələrdə inkişaf edir. Diaspor üzvləri hər iki dövlətdə rahat fəaliyyət göstərirlər. Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri arasında rus dili ən çox Azərbaycanda yayılıb və bu, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Bütün bu amillər onu göstərir ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur.

Sergey Markov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən vacib məsələdir. Lakin Ermənistanda baş verən hakimiyyət böhranı danışıqlar prosesini ləngidir. Prezident Vladimir Putinin Soçidə mətbuata bəyanatında dediyi kimi, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.

Rusiya Siyasi Tədqiqatlar İnstitutu direktorunun müavini Darya Qrebtsova bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü Ermənistan mətbuatının yazdığına görə bu ölkədə ciddi gərginlik doğurub. Buna səbəb isə Rusiyanın Türkiyə ilə münasibətlərinin sürətlə inkişaf etməsidir. Çünki Azərbaycan Türkiyənin dostu, qonşusu və strateji tərəfdaşı olaraq Rusiya ilə Türkiyənin bir-birinə yaxınlaşmasında maraqlıdır. Üç dövlətin bir-birini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli işinə müsbət təsir göstərəcək.

Darya Qrebtsova qeyd edib ki, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi də Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə diqqət mərkəzində olub. Gələn ay Azərbaycanda növbəti Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Foruma bütün dünyadan alimlər, siyasi xadimlər qatılır. Forum iştirakçıları Azərbaycana gəlib buranın inkişafını öz gözləri ilə görürlər və bu ölkənin dostu olurlar. Tədbir iştirakçıları vətənlərinə qayıdandan sonra Azərbaycanda işlərin əslində necə olduğunu danışırlar. Çünki bir çoxları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı rayonların işğal olunmasından xəbərsizdirlər. Bu forum Azərbaycan torpaqlarının işğal olunması haqqında məlumatın beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev bu işi forumda müvəffəqiyyətlə görür.

Direktor müavini, həmçinin diqqətə çatdırıb ki, Rusiya və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə uğurla inkişaf edir, ölkələrimiz bir-birinə daha da yaxınlaşır.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video