Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “Avrasiya CİS konfransı - 2018” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Bakıda “Avrasiya CİS konfransı - 2018” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
00:21 05.09.2018


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə sentyabrın 4-də Bakıda "Avrasiya CİS konfransı - 2018” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransda Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər. AZƏRTAC xəbər verir ki, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. Akademik deyib ki, bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Konfransın əhəmiyyətini qeyd edən alim bildirib ki, beynəlxalq tədbirin keçirilməsinin əsas məqsədi müasir dövrdə coğrafi informasiya sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır. CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsinin və yüksəkixtisaslı kadrların hazırlanmasının zəruriliyi vurğulanıb.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini bildirib. AMEA-da coğrafi informasiya sistemləri (CİS) texnologiyalarının tətbiqinin elmi-nəzəri əsaslarının araşdırıldığı, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlərin görüldüyü, bir sıra layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbirdə Səlcuq Universitetinin professoru Fərrux Yıldız və başqaları çıxış edərək CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra konfransın işi "Coğrafi informasiya sistemləri”, "Məkan verilənlərin strukturu və onların CİS-də tətbiqi”, "Məkan analizlərinin CİS-də tətbiqi”, "Ətraf mühitin monitorinqi”, "CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, "CİS-də torpaq, su və iqlimin tədqiqi”, "Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, "GPS, məsafədən zondlama və CİS”, "CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” seksiyaları üzrə davam edib.

Sentyabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə 150-dək məruzə dinlənilib müzakirə olunacaq.