Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

14:03 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı ekspert: İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspekt olacaq
Rusiyalı ekspert: İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspekt olacaq
ANA SƏHİFƏ / SİYASƏT
21:58 04.09.2018

Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması zamanı prezidentlərimiz arasında Aktaudakı görüşdən cəmi üç həftə sonra həyata keçirilən bu səfər kifayət qədər maraqlıdır. Soçi səfərinin gündəliyi də beştərəfli formatda keçirilən görüşlərdən daha genişdir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların yekunlarını şərh edən tanınmış rusiyalı ekspert, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin AZƏRTAC-a müsahibəsində səsləndirib.

S.Pritçin deyib: "Əlbəttə, danışıqlar ilk növbədə iqtisadi sahəni əhatə edirdi. Əlamətdar haldır ki, iqtisadi əməkdaşlığa dair sənədlər üçün konkret vaxt – 2024-cü il müəyyən edilib. Bu da o deməkdir ki, tərəflər birgə layihələr, maneələrin aradan qaldırılması və sərmayə proqramlarının həyata keçirilməsi yolu ilə iqtisadi əməkdaşlığın necə canlandırılacağı barədə dəqiq təsəvvürə malikdirlər. "QAZ” markalı avtomobillərin yığılması üzrə istehsalın yaradılması, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan birinin birgə işlənməsi irəliyə doğru daha bir addımdır. Yəni, iqtisadiyyat bizim əməkdaşlığın çox müsbət aspektidir və bu kontekstdə gündəlikdə duran məsələlərin dərinliyi və genişliyi postsovet məkanında Azərbaycanı Rusiyanın tərəfdaşları arasında aparıcı mövqelərdən birinə yüksəldir. Həm də nəzərə alaq ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil”.

Rusiyalı ekspertin sözlərinə görə, qarşılıqlı ticarət, "Şimal-Cənub” nəqliyyat dəhlizi və digər birgə layihələr üzrə nəzərdə tutulan parametrlər ən yaxın zamanda Rusiyanın Azərbaycandakı yeni səfirinin də iştirakı ilə həyata keçiriləcək. "İqtisadiyyat ikitərəfli münasibətlərin çox mühüm aspekti, dövlətlərimiz arasında mehriban qonşuluq və strateji əməkdaşlığın rəhni olacaq”, -deyə S.Pritçin fikirlərini yekunlaşdırıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM