Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ramil Quliyev Avropada avqust ayının atleti seçilə bilər
Ramil Quliyev Avropada avqust ayının atleti seçilə bilər
ANA SƏHİFƏ / İDMAN
21:56 04.09.2018

Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı "Avropada avqust ayının atleti” sorğusunda namizədlər siyahısına daxil edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Atletika Federasiyası məlumat yayıb.

Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı "ayın atleti” nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb.

Səsvermə "Twitter” və "Facebook” sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.