Alternative content

07:50 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransa portalında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə məqalə dərc edilib
Fransa portalında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
21:51 04.09.2018

Fransanın AgoraVOX portalında "Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verilən məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bunun nəticəsində yaranmış problemlərdən söhbət açılıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyi və bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasının tələb olunduğu vurğulanıb.

Yazıda Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon azərbaycanlının öz doğma evindən didərgin düşdüyünü, məcburi köçkün və qaçqın həyatı yaşadığı qeyd edilib.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə müsahibə də yer alıb. H.Hacıyev Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaranan humanitar faciədən bəhs edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığını və Ermənistanın onlara riayət etmədiyini diqqətə çatdırıb. Eyni zamanda, H.Hacıyev dünyəvi ölkəmizin multikultural mərkəzə çevrilməsindən söz açıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müsahibəsində Ermənistanın işğal siyasətini davam etdirməsindən söz açıb. Bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının çadır düşərgələrində yerləşdirildiyini və 2003-cü ildə Prezident İlham Əliyevin "ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədindən danışıb. Bildirib ki, 2007-ci ildə bütün çadır düşərgələri yeni salınmış müasir qəsəbələrlə əvəz edilib və erməni işğalı nəticəsindən doğma yurdundan didərgin düşən azərbaycanlılar evlərlə təmin olunublar.

R.Rzayev 2016-cı ildə Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş 4 günlük müharibədən də söz açıb və bəzi ərazilərimizin azad olunduğunu qeyd edib. O, bir milyon qaçqın və məcburi köçkünün doğma yurduna qayıtması üçün böyük dövlətlərin "passiv siyasətdən” "aktiv siyasətə” keçməsinin vacibliyini bildirib.

İşğal altındakı Şuşa şəhərində anadan olan R.Rzayev beynəlxalq hüququn, sülh tərəfdarlarının qalib gələcəyinə əminliyini bildirib. O, ölkəmizin, rəhbərlik etdiyi komitənin dünyaya açıq olduğunu bəyan edib. Minsk qrupunun həmsədri olan Fransanın vacib ölkə olduğunu və BMT TŞ-nin 4 qətnaməsinin həyata keçirilməsinə fəal kömək göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, karbohidrogenlərlə zəngin ölkəmizin iqtisadiyyatını şaxələndirilməsi, kənd təsərrüfatı, yenilənən enerji, nəqliyyat, turizm sahələrinin inkişafına böyük önəm verməsi qeyd edilib.

Yazıda bir sıra fransız şirkətlərinin Azərbaycanda fəaliyyəti haqqında da məlumat verilib.


Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM