Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

06:23 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabunçu və Binəqədi rayonlarında “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
Sabunçu və Binəqədi rayonlarında “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:40 04.09.2018
Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarında həmin rayonların İcra Hakimiyyətlərinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə deputatlar, rayonlarda fəaliyyət göstərən dini icmaların sədrləri, dini komissiyaların üzvləri, imamlar, kənd və qəsəbələrin icra nümayəndələri, bələdiyyə sədrləri, Rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

Sabunçu rayonunda keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda mövcud dini durum haqqında məlumat verib. Ə.Teymurov DQİDK ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar.

Eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirib ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək. Bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Nardaran qəsəbəsi "Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov, "İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı davamlı dəstək göstərməsini, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsini dövlətin dinə qayğısı kimi qiymətləndiriblər. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, dindarları narahat edən suallar cavablandırılıb.

X X X

Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan RİH-in başçısı Elxan Allahverdiyev respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilmiş tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək dövlət-din münasibətlərinin dünyadakı modelləri, sovet dövründə İslam dininə yanaşma, müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi, bəzi dairələrin İslam dininin ideoloji cəhətdən zəiflədilməsinə yönəlmiş fəaliyyətinə toxunub. Qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, eləcə də tolerantlıq anlayışı, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində gördüyü işlərin əsas istiqamətlərini təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sayəsində respublikamızda bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir.

Mübariz Qurbanlı çıxışında dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”,- deyə komitə sədri vurğulayıb.

Milli Məclisin deputatı Madər Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahbala Əliməmmədov, rayon dindarları çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar hər zaman dövlətin maddi-mənəvi dəstəyini hiss edirlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM