Alternative content

01:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arif Alvi Pakistanın yeni prezidenti seçilib
Arif Alvi Pakistanın yeni prezidenti seçilib
ANA SƏHİFƏ / DÜNYA
18:36 04.09.2018

Pakistanda keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, hakim "Təhrik-ə-İnsaf” (Ədalət uğrunda hərəkat) partiyasının namizədi Arif Alvi sentyabrın 4-də ölkənin 13-cü prezidenti seçilib.

AZƏRTAC bu barədə Geo TV telekanalına istinadla xəbər verir. Səsvermə yerli vaxtla səhər saat 10:00-dan 16:00-dək federal parlamentdə və 4 əyalət məclisində keçirilib. Seçkinin rəsmi nəticələrinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir.

Prezident seçkilərində üç namizəd - hakim "Ədalət uğrunda hərəkat” partiyasının qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvi, "Pakistan xalq partiyası”ndan Aitizaz Ahsan, həmçinin bir neçə müxalifət birliyinin nümayəndəsi - "Birləşmiş aksiya hərəkatı”nın lideri Mövlanə Fazl-ur-Rahman mübarizə aparırdı.

Pakistan prezidenti federal parlamentin aşağı və yuxarı palatalarından, həmçinin ölkənin 4 əyalətinin qanunverici yığıncaqlarından təşkil olunmuş 1174 deputat və senatordan ibarət seçkiçilər kollegiyası tərəfindən seçilir.

Xatırladaq ki, "Pakistan müsəlman liqası” partiyasını təmsil edən hazırkı prezident Məmnun Hüseyn dövlət başçısı postuna namizədliyini yenidən irəli sürməkdən imtina edib. Onun səlahiyyətləri sentyabrın 9-da sona çatacaq.