Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dağıstanda yüksək vəzifəli məmur saxlanılıb
Dağıstanda yüksək vəzifəli məmur saxlanılıb
ANA SƏHİFƏ / DÜNYA
16:55 04.09.2018

Dağıstanda "Kaspi” Federal Avtomobil Yolları İdarəsinin respublika filialının rəhbəri Məmmədrəsul Ömərov saxlanılıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda Məmmədrəsul Ömərov barəsində cinayət işinin açılması məsələsi müzakirə olunur və təşkilatın ofisində axtarışlar aparılır. "Kaspi”nin balansında dörd subyekt üzrə min kilometrdən çox federal avtomobil yolları var.
Dağıstan Respublikasında 2018-ci ilin fevral ayından başlayaraq Moskvadan gələn xüsusi komissiya fəaliyyət göstərir. Bu müddət ərzində regionda korrupsiya işi üzrə bir neçə yüksək vəzifəli məmur – sabiq baş nazir, onun iki müavini və təhsil naziri, həmçinin tibbi-sosial ekspertiza bürosunun rəhbəri, gömrük rəisinin müavini, Mahaçqala şəhərinin meri və baş memarı həbs edilib.