Alternative content

00:19 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Google-u seçkilərə müdaxilədə ittiham etdi
Rusiya Google-u seçkilərə müdaxilədə ittiham etdi
ANA SƏHİFƏ / DÜNYA
16:45 04.09.2018


Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə federal xidməti (Roskomnadzor) Rusiyada seçkilər prosesinə müdaxilənin qəbulolunmazlığı barədə Google şirkətinə xəbərdarlıq məktubu ünvanlamışdır. Bu barədə "RİA Novosti” agentliyi xəbər verir.

Məktubda söhbət YouTube videohostinqindən gedir. Federal xidmət hesab edir ki, videohostinqin nümayiş etdirdiyi çarxlar tamaşaçıları qüvvədə olan qanunvericiliyi pozmağa çağırır.

Bundan əlavə, Rusiya Mərkəzi Seçki Komissiyası da Amerika şirkətinin ünvanına analoji məktub göndərmişdir.

Google məktubların heç birinə cavab verməmişdir.

Xatırladaq ki, Rusiyada seçkilər sentyabrın 9-a planlaşdırılmışdır. Həmin gün regionların və bələdiyyələrin başçıları seçiləcək, habelə müxtəlif səviyyəli parlamentlərə, o cümlədən Dövlət Dumasına seçkilər keçiriləcək.