Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:52 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə sakinlərin problemləri dinlənilib
Gəncədə sakinlərin problemləri dinlənilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:47 04.09.2018

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən doqquzmərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Niyazi Bayramov görüşün Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirildiyini deyib. Bildirilib ki, görüşün keçirilməsində məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını birgə tapmaqdır.
"Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar problemlərini söyləyib, müxtəlif təkliflərlə çıxış ediblər.
Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə, 40-dan çox şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM