Alternative content

04:48 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tbilisidə Aİ-nın “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa məktəbinin açılışı olub
Tbilisidə Aİ-nın “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa məktəbinin açılışı olub
ANA SƏHİFƏ / SİYASƏT
13:05 04.09.2018

Tbilisidə Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gürcüstanda səfərdə olan Aİ-nın qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han, Gürcüstanın Baş naziri Mamuka Baxtadze iştirak ediblər.
Bildirilib ki, məktəbdə "Şərq tərəfdaşlığı” proqramına üzv 6 ölkənin tələbələri təhsil alacaqlar. Tələbələr müsabiqə yolu ilə seçiliblər.
Tələbələrə Avropa standartlarına uyğun beynəlxalq təhsil proqramları təklif olunacaq və məzunlara beynəlxalq bakalavr diplomu veriləcək.
Avropa məktəbi yeni bina inşa olunana qədər "Yeni məktəb” adlı özəl məktəbdə yerləşir. 2018-2019 tədris ilində məktəbdə təhsil alacaq 30 tələbə artıq seçilib. Onların sırasında azərbaycanlılar da var.
Məlumat üçün qeyd edək ki, Yohannes Han sentyabrın 3-də məktəbin tələbələri ilə görüşüb.