04 Sentyabr 2018 12:16
749
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsində QHT rəhbərlərinin bir qrupu ilə görüş olub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rərbərlərinin bir qrupu ilə görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş cəmiyyəti qurucuıuğunda və ölkəmizdə demokratiyanının daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirərək, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində də onların dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Azərbaycan dövləti onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam etdirilir. Bu il istifadəyə verilmiş "Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır.
Komitə sədri məcburi köçkünlərin hüquqi cəhətdən maarifləndirilməsinə, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə, doğma torpağa bağlılıq hissinin gücləndirilməsinə qeyri-hökumt təşkilatlarının daha böyük töhfələr verə biləcəklərini vurğulayıb, onları bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib.
Görüşdə QHT rəhbərləri çıxış edərək məcburi köçkünlərlərin problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərə dair fikirlərini ifadə edib, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı rəy və mülahizələrini bildirib, bir sıra təkliflər irəli sürüblər.
Prezident İlham Əliyevin apardığı siyasətin xalqımızın və dövlətimizin mənafeyinə tam cavab verdiyini, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dərin inam yaratdığını qeyd edən QHT rəhbərləri vətəndaş cəmiyyəti institutlarının, ictimai təşklatların məcburi köçkünlərin böyük qayıdışa hazırlanmasına bundan sonra da fəal dəstək verəcəklərini bildiriblər.
Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərin və birgə fəaliyyətin davamlı olacağı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video