Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:50 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir
Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir
ANA SƏHİFƏ / Mədəniyyət
11:45 04.09.2018

Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, Şəki sənətkarlarının misilsiz sənət ənənələrini böyük sevgi ilə davam etdirir, bu qədim el sənətini yaşadır. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən bu el sənətkarının əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir.
Hüseyn Hacımustafazadə yeni şəbəkələr hazırlamaqla yanaşı, qədim şəbəkə nümunələrini bərpa etmək, gələcək nəsillərə çatdırmaq məqsədi ilə də axtarışlar edir, Şəkinin qədim evlərindən tapdığı şəbəkə nümunələrinə yeni nəfəs verməyə çalışır. Hazırda Hüseyn usta 270 ilə yaxın yaşı olan qədim şəbəkə pəncərənin bərpası üzərində işlərə başlayıb.
Sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, şəhərin "Otaq eşiyi” adlanan ərazisindəki qədim evdən götürülən bu şəbəkə pəncərənin şüşələri yaxşı vəziyyətdə qalsa da, taxta hissələri çürüyüb sıradan çıxıb. Onun sözlərinə görə, şəbəkə pəncərənin bərpası zamanı 1000-dən artıq detal və rəngli şüşədən istifadə olunacaq. Bütün taxta hissələr yenilənməlidir. Şəbəkənin bərpasına 3 ay vaxt lazımdır. "İstəyirəm ki, bu əsəri Parisdə təşkil olunacaq növbəti sərgidə nümayiş etdirim. Azərbaycanın, Şəkimizin necə qədim mədəni irsə malik olduğunu xaricdə də təbliğ edim, ölkəmizin mədəni dəyərlərinin tanıdılmasında mənim də zərrə qədər də olsa əməyim, zəhmətim olsun”, - deyə Hüseyn usta bildirib.
Xatırladaq ki, Hüseyn Hacımustafazadə ötən il də 270-ə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edib. Şəmsi və nəbati naxışlardan toxunan şəbəkənin hazırlanmasında 800-dək detal və rəngli şüşədən istifadə olunub. Bu əsər ilk dəfə cari ilin fevralında Moskva şəhərində, Rusiya Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgidə, daha sonra mayda Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günü çərçivəsində təşkil olunan sərgidə uğurla nümayiş etdirilib və böyük marağa səbəb olub.
Bərpa olunan qədim şəbəkənin özəllikləri barədə danışan Hüseyn usta deyib: "Qədim şəbəkə nümunələri ilə müasir şəbəkələr arasında xeyli fərq var. Qədim şəbəkələrdə İtaliyadan gətirilən rəngli şüşələrdən istifadə olunurdu. Qalınlığı 1 millimetr olan belə şüşələrlə işləmək ustalar üçün daha asan idi. Eşitdiyimə görə, vaxtilə Şəki xanı Hüseyn xan yerli sənətkarlar üçün İtaliyadan belə şüşələr gətirdib. Müasir şəbəkələrdə isə Rusiyadan gətirilən 3 millimetr qalınlığında zavod şüşələrindən istifadə edirik. Bu şüşələr bir az parıltılı olduğu üçün gözü qamaşdırır. Qədim şəbəkə nümunələrinə isə nə qədər çox baxsan da göz yorulmur. Ona görə də sənətsevərlər belə əsərlərə həmişə yüksək qiymət verirlər”.
Ümumiyyətlə, Hüseyn Hacımustafazadənin yaradıcılığında qədim şəbəkə nümunələrinin bərpası xüsusi yer tutur. Sənətkar Şəkinin məşhur tarixi-memarlıq abidələrindən olan Şəki xanlarının sarayının, "Yuxarı Karvansaray” mehmanxana kompleksinin, Şəkixanovların ev-muzeyinin, həmçinin Gəncə və Bərdə şəhərlərindəki qədim məscidlərin şəbəkə pəncərələrinin bərpasında da yaxından iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM