Alternative content

05:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya çempionatında Azərbaycanı təmsil edəcək bədii gimnastlar müəyyənləşib
Dünya çempionatında Azərbaycanı təmsil edəcək bədii gimnastlar müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
11:35 04.09.2018

Sentyabrın 9-dan 16-dək Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Sofiya şəhərindəki "Armeyets” arenasında keçiriləcək çempionata 60 ölkədən 900-dən çox qonaq qatılacaq. Çempionatda fərdi yarışlarda 176, komanda yarışlarında isə 36 kollektivin tərkibində 215 gimnast mübarizə aparacaq.
Azərbaycan gimnastları da bu turnirdə fərdi və komanda yarışlarında qüvvələrini sınayacaqlar. Mundialda ölkəmizi qrup proqramında Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova təmsil edəcəklər. Fərdi yarışlarda isə Veronika Hudis, Zöhrə Ağamirova və Darya Sorokina xalça üzərinə çıxacaqlar.
Bu yarışlar Bolqarıstanın ev sahibliyi etdiyi üçüncü dünya çempionatıdır. 1969-cu və 1987-ci illərdə də dünya birinciliyi Bolqarıstanda keçirilib.