Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DSX “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində baş verən hadisə ilə bağlı məlumat yayıb
DSX “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində baş verən hadisə ilə bağlı məlumat yayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:24 04.09.2018


Dövlət Sərhəd Xidməti (DSX) "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında baş verən hadisə ilə bağlı məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 3-də saat 21:10 radələrində "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublikasının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Gürcüstan vətəndaşı 1993-cü il təvəllüdlü Levan Ajevanidzenin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazasını sındırıb və DSX-nin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı bir minik avtomobili əzilib və iki mülki şəxs yüngül xəsarət alıb.

Ağır nəticələrə səbəb olan qəzanı törətmiş sürücü saxlanılıb və Qazax Rayon Polis Şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.