Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:11 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qırğızıstanda üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub
Qırğızıstanda üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub
ANA SƏHİFƏ / SİYASƏT
00:50 04.09.2018


Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov iştirak ediblər.

Sooronbay Jeenbekov dövlət başçılarını, fəxri qonaqları və meydana toplaşanları bu idman bayramı münasibətilə təbrik edib, idmançılara uğurlar arzulayıb.

Qırğızıstan Prezidenti bildirib ki, birinci Dünya Köçəri Oyunları 2014-cü ildə, ikincisi isə 2016-cı ildə keçirilib. Bugünkü yarışlara isə dünyanın 60-dan artıq ölkəsindən 3 minə yaxın idmançı qatılıb. Onlar idmanın 37 etnik növü üzrə yarışlarda mübarizə aparacaqlar.

Prezident qeyd edib ki, dördüncü Köçəri Oyunları Türkiyədə keçiriləcək.

Sonra Köçəri Oyunlarına qatılan idmançılar öz ölkələrinin bayraqları ilə tribunanın qarşısından keçiblər.

Açılış mərasimi at yarışları və səhnələşdirilmiş konsert proqramı ilə başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM