Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:12 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Goranboyun ağ qızıl ustaları bol məhsul yetişdiriblər
Goranboyun ağ qızıl ustaları bol məhsul yetişdiriblər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 04.09.2018

Ölkədə pambıqçılıq inkişaf etdikcə insanların güzəranı da yaxşılaşır


Yaxşı yadımdadır, tez-tez televizorda, radioda əmək qəhrəmanları haqqında müxtəlif mahnılar səsləndirilirdi. Onlardan biri də Ağdam rayonundakı məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimovaya həsr olunmuşdu. Hər dəfə "Qol çırmayıb sən tarlaya çıxanda” sözləri ilə başlayan mahnını eşitdikcə adamın ürəyində əməyə məhəbbət hissi oyanır, qəhrəman olmaq, ad-san qazanmaq həvəsi yaranırdı. Yüzlərlə, minlərlə gənc onlara bənzəmək, sadə peşə sahibi olmaqla şöhrətlənmək istəyirdi. Lakin Sovetlər Birliyi dağıldıqdan və torpaq şəxsi mülkiyyətə keçdikdən sonra sanki əmək qəhrəmanlarına da rəğbət hissi bir qədər azaldı. Sual olunur: məgər indi əmək qəhrəmanları yoxdurmu?! Əlbəttə var! Öz işinə məsuliyyətlə yanaşan, şərəfli əməyi ilə nümunə göstərən insanlar indi də var və özü də onlar əvvəlkindən daha çoxdur. Sadəcə olaraq əməyə bağlı bu insanlar sosializm quruluşunda olduğu qədər təbliğ olunmurlar.
Dövlət başçısının iradəsi ilə ölkəmizdə pambıqçılığın yenidən dirçəldilməsi bu sahədə olan boşluqları da doldurdu və yeni-yeni pambıq ustalarının yetişməsinə zəmin yarandı. Hər il yüksək göstəricilərə nail olan pambıqçılar bol qazanc əldə etməklə gün-güzəranlarını yaxşılaşdırırlar. İndi pambıqçılıqla məşğul olan rayonlarda yüzlərlə əmək qəhrəmanı yetişməkdədir. Onlar strateji məhsul olan pambığın əvvəlki şöhrətini qaytarmaq üçün gecəni gündüzə qatıb işləyir, hər il bol pambıq yetişdirirlər.
Dünya əmtəə birjasında daimi bazarı olan məhsullardan biri də pambıqdır. Müəyyən dövrlərdə pambığın bahalaşıb-ucuzlaşması təbii haldır. Son illər isə bu dəyərli bitkinin qiymətində yüksəlmə müşahidə edilir ki, bu da Azərbaycanda pambıq istehsalının artırılmasını gündəmə gətirir. Məhz bu baxımdan dövlət ölkəmizdə pambıqçılığın sürətli inkişafına nail olmaq üçün maliyyə dəstəyi ilə yanaşı, həm də bu sahə ilə məşğul olan insanlara xüsusi qayğı göstərir. Nəticədə əkin sahələrinin həcmi genişləndirilir, daha məhsuldar pambıq sortlarının yetişdirilməsi üçün tədbirlər görülür.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul olunması ilk növbədə ölkədə dinamik sosial-iqtisadi inkişafa nail olmaq və yeni iş yerlərini yaratmaq məqsədi daşıyır. Bu baxımdan aqrar sektorun aparıcı sahələrindən olan pambıqçılığın inkişafı gündəmdə saxlanılır. Dövlətin dəstəyi ilə bu sahəyə böyük həcmdə investisiyalar yönəldilir. Ayrı-ayrı rayonlarda pambıq istehsalı üçün baza yaradılır. Əkin sahələri ayrılmaqla, pambıq emalı zavodları, o cümlədən şirkətlər yaradılır. Həmin şirkətlərlə pambıq istehsalçıları arasında müvafiq müqavilələr bağlanır. Onlara istehsal vasitələri ayrılır. Pambığın alış qiyməti də qaldırılır. Nəticədə torpaq mülkiyyətçiləri ilə sağlam münasibətlər qurulur. Tədbirlər yerli icra orqanları ilə birgə həyata keçirilməklə yeni iş yerləri açılması istiqamətində müsbət irəliləyişlərə nail olunur. İndi cəsarətlə demək olar ki, Azərbaycanda pambıq istehsalı tədricən ötən əsrin 60-cı illərinin göstəricilərinə yaxınlaşmaq üzrədir.
Respublikamızda pambıqçılıqla məşğul olan rayonlardan biri də Goranboydur. Keçmiş ənənələrə və zəngin təcrübəyə arxalanan rayon sakinləri bu gəlirli sahənin yenidən dirçəldilməsini ölkə rəhbərinin uzaqgörən siyasəti kimi dəyərləndirirlər. İndi rayonun elə bir kəndi, qəsəbəsi yoxdur ki, orada pambıq əkilməsin.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev söhbət zamanı çox nikbin danışdı. Dedi ki, keçən il götürdüyümüz öhdəliyi yerinə yetirə bilmədik. Bunun da bir neçə səbəbi var. Həmin səbəblərdən biri havaların qeyri-sabit keçməsi oldu. Hətta məcbur olub bəzi sahələrdə təkrar səpin apardıq. Bunun da nəticəsində pambığın yetişmə müddəti uzandı və havalar tez soyuduğundan kolların üstündəki pambıq qozaları açmadı. İndi şükürlər olsun ki, havalar pambıqçılıq üçün əlverişli keçir. Bircə su sarıdan korluq çəkilir ki, bunun da öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik. Bundan başqa, rayonda pambıqçılığın sürətli inkişafını təmin etmək üçün gərgin iş aparılır. Torpaq səpinə hazırlanandan məhsul yığımınadək rayon icra hakimiyyətində xüsusi qərargah fəaliyyət göstərir. Hər gün keçirilən yığıncaqda görülən işlər müzakirə edilir. İşlərin ahəngdarlığını qorumaq üçün qaynar xətt də fəaliyyət göstərir. İstər şum, istər səpin və istərsə də pambığın vegetasiya dövründə yaranan hər hansı problemlə bağlı müraciətlər qəbul edilərək təcili tədbirlər görülür.
Bu il Goranboy pambıqçıları 5 min hektarda pambıq əkmişlər. Pambığın kollanmasında heç bir problem yaşanmır. Tarlalara baxdıqca hiss edirsən ki, rayon fermerləri gərgin əmək sərf etmişlər. İndi bütün sahələrdə becərmə traktorlarının səsini eşitmək olar. Suvarma da vaxtında aparılır. Elə təsərrüfatlar var ki, artıq 3-cü suvarmanı aparır.
Söhbət zamanı mütəxəssislər dedilər ki, bu il havalar çox isti keçdiyindən kollarda həddindən artıq sovka var. Onlara qarşı mübarizə tədbirləri də aparılır. Əsasən sovkaya qarşı dərmanlama işləri axşam, gün batandan sonra həyata keçirilir. Bunun da əsas səbəbi günorta vaxtı kollardakı çiçəklərin içində gizlənən həşəratlara dərman preparatlarının dəyməməsi və nəticədə onların çoxalmasıdır. Bundan başqa, tarlaların dərmanlanmasına ciddi nəzarət edilir. Belə ki, dərmanlama işi ilə məşğul olan mexanizatorlar xüsusi geyimlə təmin olunmuş, bütün ərazilərə xəbərdaredici lövhələr vurulmuşdur.
Goranboy rayonunda elə bir kənd yoxdur ki, orada pambıq əkilməsin. Ən çox pambıq rayonun Qızılhacılı qəsəbəsində əkilib. Qəsəbə sakinləri pambıqçılıq sahəsində zəngin təcrübə toplamışlar. Keçən il olduğu kimi, bu il də qəsəbənin 70-ə yaxın sakini 370 hektarda bu qiymətli bitkinin yetişdirilməsi ilə məşğuldur. Onlar sahələri alaqdan təmizləməklə yanaşı, kultivasiya işlərini də vaxtında həyata keçirirlər.
"CTS Aqro” MMC-nin Goranboy pambıq qəbulu məntəqəsində olarkən öyrəndik ki, müəssisə bu il 1700 hektar sahədə pambıq əkmişdir. Bunun üçün 220 nəfərlə müqavilə bağlanılıb. Bütün işlər texnika vasitəsilə görülür. Bu il şirkət əlavə bir neçə texnika da alıb. Hazırda burada 10 kultivator, 17 becərmə aqreqatı, 6 traktor, 6 pambıqyığan və kombayn, eləcə də bir neçə çiləyici var. Şirkətin Borsunlu kəndi ərazisində yetişdirilən pambıq tarlalarında olduq. Mexanizatorlar İlqar Əliyev və Qəmbər Namazov cərgə aralarına kultivasiya çəkirdilər. Burada 30 hektar ərazidə pambıq yetişdirilir. Söhbət zamanı fermer Rafət Qurbanov dedi ki, bu sahələrdə birinci dəfə səpin aparılmasına baxmayaraq, yaxşı kollanma gedib. Kultivasiya işləri başa çatandan sonra sovkaya qarşı mübarizə aparılacaq. Əminəm ki, bu il bol pambıq istehsal edəcəyik.
"MKT İK” MMC-nin pambıq qəbulu məntəqəsi hər il olduğu kimi, bu il də pambıq əkininə ciddi yanaşıb. Hər iş vaxtında aparılmışdı. Torpaq şumlanmış, səpin aparılmış və yetişməkdə olan pambıq kolları vaxtında suvarılmışdır. Məntəqənin direktoru Vaqif Məmmədov təcrübəli pambıqçıdır. O, pambıqçı ailəsində böyüyüb. Keçən il 1620 hektardan 3 min 200 ton pambıq əldə edən Vaqif bu il həmin sahədən daha çox məhsul əldə etməyi qarşısına məqsəd qoyub. Deyir ki, məhsul istehsalında ən çox diqqət intensiv texnologiyaya yönəldilib. Daha az sahədən daha çox məhsul əldə etmək üçün qabaqcıl texnologiyalara üstünlük verir. Bu il hər hektardan 25 sentnerdən çox pambıq yığmağı qarşısına məqsəd qoyub.
Söhbət zamanı öyrəndik ki, keçən il 600 hektarın məhsulu əl ilə yığılıb. Nəticədə insanlara yüksək əməkhaqqı verilib ki, bu da onların dolanışığını təmin edib. Məsələn, keçən il Goranboy şəhər sakini Ağamalı Məmmədov 20 min manat, Qızılhacılı qəsəbəsinin sakini Əli Pirimov 24 min manat, Əzizbəyov kəndinin sakini Rais Ələkbərov 15 min manat qazanc əldə edib. Onlar bu il də həmin qazancı əldə etmək üçün var qüvvələri ilə işləyir, bol pambıq üçün əllərindən gələni əsirgəmirlər.
Öyrəndik ki, şirkətin pambıq tarlalarında 3-cü suvarma aparılır. Bunun üçün 298 ədəd subartezian quyusundan və bir də Yuxarı Qarabağ kanalının suyundan istifadə edilir. Məntəqə isə pambıq qəbuluna tam hazırdır.
"Goran KOTTO” şirkətinin pambıq qəbulu zavodunda olarkən burada gərgin iş getdiyinin şahidi olduq. Bizi zavodun direktoru Rüfət Ruhi qarşıladı. İlk sözü bu oldu ki, işimizin qızğın çağıdır. Hazırda pambıq sahələrinə qayğı göstərməklə yanaşı, keçən il topladığımız pambığın kipləşdirilib satışı ilə də məşğuluq. Keçən il 160 nəfərlə bağlanmış müqaviləyə əsasən 700 ton pambıq istehsal olundu. Bağlanmış müqaviləyə uyğun olaraq istehsal edilmiş pambıq İsveçə və Banqladeşə satılır.
Söhbət zamanı məlum oldu ki, bu il şirkət 1700 hektar sahədə pambıq əkib. Əkilən pambıq sortları əsasən "Bəyaz altun” pambıq sortudur ki, bu da yüksək məhsuldarlığına görə fərqlənir.
Ümumiyyətlə, bu il Goranboy sakinlərində bol pambıq məhsulu toplayacaqlarına əminlik var. Bunu tarlalara baxanda da hiss etmək olar. Bircə qalır yetişdirilən kollara vaxtında aqrotexniki qaydalarla qulluq edilməsi. Pambıqçılar isə işi uğurla başa çatdırmaq üçün gecəni gündüzə qataraq yorulmadan çalışırlar. Bizim isə onlara deyiləsi sözümüz budur: məhsulunuz bol, güzəranınız xoş olsun!

Sabir ƏLİYEV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM