Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:12 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ucarda macar camışları bəslənilir
Ucarda macar camışları bəslənilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 04.09.2018


Bu gün dünyada həlli vacib məsələlərdən olan ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu baxımdan innovativliyi ilə seçilən müasir təsərrüfat subyektləri arasında aqroparklar xüsusi seçilir. Belə təsərrüfatlardan biri də Ucar rayonunun Şilyan kəndi ərazisindədir. Ümumilikdə aqroparkın 2435 hektar torpaq sahəsi var. Burada cari il üçün 1500 hektarda soya, arpa, buğda və qarğıdalı əkilib. Həmçinin 500 hektar sahə yonca əkininə saxlanılıb.

Aqroparkın məsul işçisi Tahir Kərimov bildirdi ki, qarşıya qoyulan vacib məsələlərdən biri də Damazlıq Camışçılıq Təsərrüfatının yaradılmasıdır. Tikinti işləri əsasən yekunlaşıb. Hazırda son tamamlama işləri icra olunmaqdadır. 200 başlıq tövlə, sağım sexi, müayinə otağı, doğum məntəqəsi təşkil olunub. Burada ehtiyat su mənbəyinin yaradılması üçün nasosxana da var.

Ərazinin suya olan tələbatı yüksək səviyyədə təmin olunub. İki mənbədən istifadə edilir. Su Baş Şirvan kanalından - R-13 adlanan mənbədən daxil olur. Bundan başqa, Acınohur adlanan sahə də aqroparkın ərazisinə düşür. Həmin ərazi təxminən 800 hektardır. Orada bitən qamış camışların sevdiyi yemdir. Onlar bu əraziyə buraxılmaqla həm ayaqları açılır, həm də qidalanma imkanları yaranır. Camışların yuyulması üçün əvvəldən ərazidə olan təbii gölün potensialından istifadə ediləcək. Əlavə olaraq gigiyenanın tam gözlənilməsi üçün ayrıca yuyucu sexi də fəaliyyət göstərir.

Təsərrüfata indiyədək Macarıstandan 125 baş camış gətirilib. Ümumilikdə isə ərazi 400 baş camış üçün nəzərdə tutulub. Seçim zamanı macar sortlarına üstünlük verilməsinin səbəbini açıqlayan Tahir Kərimov dedi:

- Ümumiyyətlə, zamanında camışçılıq sovxozunda 5 il mühasib işləmişəm. Qardaşım da həmin sovxozda 20 il müxtəlif vəzifələrdə çalışıb. Bu sahə bizim üçün yad deyil. Təsərrüfata məhz hansı camışların alınıb gətirilməsi məsələsində məsuliyyət mənim üzərimə düşdü. Əvvəlcə İranda oldum. Lakin buradakı yerli sortlar əsasən qarışıq olduğundan bizi təmin etmədi. İkinci müraciət etdiyimiz məkan Macarıstan oldu. Bunun da başlıca səbəbi həmin ölkədə seçimini apardığımız camışların saxlanılmasının iqtisadi baxımdan daha səmərəli olması idi. Alınan camışlardan 122-si bala verən, 3-ü erkəkdir. Artıq camışlardan 9-u bala verib. Balaların diri çəkisi təxminən 30-40 kiloqram arasındadır.

Məhsuldarlığa gəldikdə isə, camışların ilk iki balası götürüldükdən sonra onlardan gündəlik 10-12 litr süd alınır.

Bu camışlar eyni zamanda "ağıllı” hesab olunur. Onlar bir dəfə sağım sexinə salındıqdan sonra ikinci dəfə artıq özləri sakit şəkildə eyni vaxtda həmin yerə gəlirlər.

Müsahibimiz deyir ki, camışın ən üstün cəhətlərindən biri də xəstəlik riskinin az olmasıdır. Əsas rast gəlinən camışın boğazında müşahidə olunan xortdək xəstəliyidir. 6 aydan bir tədbir görüldükdə bu hal da aradan qalxır. İkincisi isə dabaqdır. Ona qarşı da zamanında peyvəndləmə aparıldıqda problem yaranmır.

Ucarın iqliminin isti olması burada camışçılığın aktuallığını artırır. Çünki rayonda havalar çox isti keçdiyindən cins inəklər daha tez qızdırır və onlar üçün yaşam riski yaranır. Camışlarda isə əksinədir.

Müəssisənin texniki təminatının normativ tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır. Təsərrüfata südün saxlanması, sonradan emalı və ya satışını təşkil etmək üçün 3 və 5 tonluq xüsusi termoslar alınıb. Sərinləşdirmə xüsusiyyətinə malik olan həmin termosların içərisindəki məhsulun keyfiyyətli şəkildə qışda 1 ay, yayda isə 7-10 gün müddətinə saxlanılması mümkündür. Ümumiyyətlə, burada işin kompleks şəkildə qurulması hədəf götürülür. Belə ki, yağ, qaymaq sexlərinin qurulması da nəzərdə tutulur.

Ərazidə gedən tikintidə 60-70 nəfərin məşğulluğu təmin olunub. Hazırda son tamamlama işlərində 20-25 nəfər çalışır. İşin həcmi artdıqca bu, şübhəsiz ki, işçilərin sayına da təsirini göstərəcək.

Əli SƏLİMOV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM