Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabad rayonunun ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırdır
Cəlilabad rayonunun ümumtəhsil məktəbləri yeni dərs ilinə hazırdır
ANA SƏHİFƏ / Təhsil
00:46 04.09.2018


Cəlilabad rayonu cari ildə iqtisadi sahədə olduğu kimi, təhsildə də uğurlar əldə etmişdir. Son 15 il ərzində rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmlənmiş, regionların sosial-iqtisadi inkişafına dair dövlər proqramları çərçivəsində 5 min 462 yerlik 18, Heydər Əliyev Fondunun vəsaiti ilə 1780 yerlik 4, digər mənbələr hesabına 1000 yerlik 5, habelə 2017-2018-ci dərs ilində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət büdcəsindən maliyyələşməklə 408 yerlik modul tipli 5 məktəb binası tikilib istifadəyə verilmişdir.

Ümumilikdə göstərilən müddət ərzində rayon üzrə 8 min 650 yerlik 32 yeni tikilmiş məktəb qapılarını şagird və müəllimlərin üzünə açmışdır. Əksər məktəblər, o cümlədən Cəlilabad şəhər 4 saylı və Məşədilər tam orta məktəbləri dövlət proqramına uyğun olaraq əsaslı təmir edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə rayonda 664 yerlik 10 modul tipli məktəb binasının inşasına başlanmışdır.

Rayonda 125 ümumtəhsil, o cümlədən 14 ibtidai, 37 ümumi orta və 74 tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 3 min 93 nəfər pedaqoji kadr çalışır. Bunlardan 2 min 840 nəfəri ixtisas müəllimidir, 217 nəfər isə rəhbər pedaqoji kadrdır. Hazırda rayonun ümumtəhsil məktəblərində 410 nəfər müxtəlif ixtisaslardan olan müəllimə ehtiyac var və 2018-2019-cu dərs ili üçün müəllimlərin işə qəbulunda bunlar vakansiyaya çıxarılmışdır.

Göstərilən müddət ərzində məktəblərdə 28 min 561 şagird, o cümlədən I-IV siniflərdə 12 min 901, V-IX siniflərdə 12 min 421, X-XI siniflərdə 3 min 239 şagird təhsil almışdır. Keçən dərs ilində məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına 1556 nəfər beşyaşlı uşaq cəlb edilmişdir. 2018-2019-cu dərs ilində isə məktəbəhazırlıqla əlaqədar 1967 nəfər beşyaşlı uşağın təhsilə cəlbi nəzərdə tutulmuşdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün öyrədici təlimlərə başlanılmışdır.

Ötən dərs ilində Cəlilabadın 10 məktəbində 19 təmayüllü sinif fəaliyyət göstərmişdir. Qarşıdakı dərs ilində isə 11 məktəbdə 21 təmayül sinfinin fəaliyyəti təşkil ediləcəkdir.

Hazırda məktəblərdə 29 min 437 şagird yeri, o cümlədən ibtidai məktəblərdə 585, ümumi orta məktəblərdə 5 min 536, tam orta məktəblərdə 23 min 336 şagird yeri var. 75 fizika, 34 biologiya, 56 kimya, 55 ana dili və ədəbiyyat, 61 riyaziyyat, 55 tarix, 32 coğrafiya, 13 xarici dil (linqafon), 8 informatika, 6 çağırışaqədərki hazırlıq kabineti - cəmi 395 fənn kabineti, 103 laboratoriya fəaliyyət göstərir. Rayonun bütün ümumtəhsil məktəblərində 1480 kompüter mövcuddur.

Ümumtəhsil məktəblərində 118 kompüter sinfi, 24 tədris emalatxanası, 26 akt zalı, 31 idman zalı, 7 tir, 860 hektar tədris-təcrübə sahəsi, 535 yerlik 24 bufet, 16 yerlik 1 yeməkxana, 120 kitabxana var. 35 məktəbin binası birtipli layihə əsasında tikilmiş, 55 məktəb uyğunlaşdırılmışdır. 37 məktəb qəzalı və tədris üçün yararsız binalarda yerləşir. 15 məktəbin su xətti və 11 məktəbin istilik sistemi mövcuddur.

RTŞ-nin sifarişi əsasında II, IV, VII, VIII və XI siniflər üzrə 130 adda 109 min 894 ədəd dərslik, 49 adda 4 min 164 nüsxə metodik vəsait gətirilib məktəblərə paylanmışdır.

Buraxılış imtahanlarında IX siniflər üzrə 2 min 250, XI siniflər üzrə isə 1513 şagird iştirak etmiş və onların hamısı təhsil sənədi almışdır. Şəhər 1 saylı məktəb-lisey, Dövlətalıbəyli, Günəşli kənd 2 saylı, Kürdlər, Sabirabad kənd 2 saylı, Hacıməmmədli kənd tam orta, Ətcələr kənd ümumi orta məktəbləri buraxılış imtahanlarında yüksək nəticələr göstərmişdir.

Pedaqoji kadrların elmi-metodik və ixtisas hazırlığnın səviyyəsini müəyyənləşdirmək məqsədilə 3 min 30 nəfər müəllim Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə iştirak etmişdir. Builki qəbul imtahanlarında cəlilabadlı gənclər uğurla iştirak etmişlər.

Rayon təhsil şöbəsi görüləcək işin daha çox, qarşıdakı vəzifələrin daha böyük olduğunu dərk edir, nöqsan və problemlərin nədən ibarət olduğunu bilir, Təhsil Nazirliyi və RİH başçısının rəhbərliyi ilə həmin nöqsanların aradan qaldırılması və problemlərin həlli istiqamətində lazımi tədbirlər planlaşdırır. Bunların icrası təmin ediləcəkdir.

Seyran CAVADOV,

"Azərbaycan”