Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:04 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir
İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir
ANA SƏHİFƏ / İDMAN
00:24 04.09.2018

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir.
Ötən il idmançılarımız dünya, Avropa çempionatlarında və digər mötəbər turnirlərdə ölkəmizi layiqincə təmsil edərək 851 medal qazanmışlar. Onlardan 347-si qızıl, 236-sı gümüş, 268-i bürüncdür. Cari ilin ilk yeddi ayı ərzində bu ənənə uğurla davam etmiş və atletlərimiz yüzlərlə müxtəlif əyarlı medallara sahib olmuşlar.
Bir neçə il öncə Prezident İlham Əliyev bildirmişdi ki, gələcəkdə ölkəmizin idman şöhrətini daim yüksəkdə saxlamaq üçün kütləviliyi geniş şəkildə təmin etməliyik: "Bütün bölgələrdə inşa olunan olimpiya idman kompleksləri məhz bu məqsədə xidmət edir. Uşaqlar, yeniyetmələr kiçik yaşlarından idmana cəlb olunsunlar, idmanla məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar”.
Son üç il ərzində Abşeron, Ağcabədi, Göygöl olimpiya idman kompleksləri, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Su İdman Sarayı, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər obyektlər istifadəyə verilmiş, Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, İdman Tennis Kompleksi təmir edilərək yenidən qurulmuş, "Formula-1” yarışları üzrə Bakı Avropa Qran-prisinin keçirildiyi marşrutda avtomobil yolları beynəlxalq standartlara uyğun dəyişdirilmişdir. Bu obyektlərdə müxtəlif idman növləri üzrə tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” Bakı Qran-prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, digər möhtəşəm yarışlar məhz bu idman qurğularında yüksək səviyyədə təşkil olunaraq keçirilmişdir.
Hazırda ölkədə 43 olimpiya idman kompleksi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, 38-i isə regionlarda yerləşir. Həmin komplekslərdə əhalinin bütün yaş qrupları, həvəskar və peşəkar idmançılar, milli yığma komandalar, eləcə də məhdud hərəkətli insanların idmanla məşğul olması üçün hər cür şərait yaradılmışdır. Bu il Bakının Buzovna qəsəbəsində idman zalının, Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin açılışı olmuşdur. Beyləqan, Lənkəran, Tərtər, Goranboy olimpiya idman komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırmışdır. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” Bakı Qran-pri yarışlarının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Təkcə ötən il ölkəmizdə 55 beynəlxalq turnir keçirilmişdir. Onların bir neçəsi regionlarda təşkil olunmuşdur.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə bədən tərbiyəsi və idmanın inkişafı geniş vüsət almış, bu sahədə sistemli işlər görülmüşdür. Atletlərimiz son altı yay olimpiadasında 44 medal qazanmışlar. Onlardan 23-ü güləşçilərin, 8-i boksçuların, 4-ü cüdoçuların, 3-ü taekvondoçuların, 3-ü stend atıcılarının, 2-si avarçəkənlərin, 1-i ağırlıqqaldıranların payına düşür. Bütün bu uğurlar Azərbaycan Prezidentinin idmana göstərdiyi böyük diqqət və qayğı sayəsində mümkün olmuşdur.
2017-2020-ci illər üçün Azərbaycan Vahid İdman Təsnifatı, idmançılarımızın XXXII Yay Olimpiya Oyunlarına hazırlıq konsepsiyasının layihəsi hazırlanmışdır.
Gələn il ölkəmiz növbəti dəfə "Formula-1” Bakı Qran-prisinə evsahibliyi edəcək. Bundan əlavə, Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Ümumilikdə qitənin 50 ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti festivala qatılacaq. On idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara 2500-dən çox könüllü cəlb olunacaq. Bundan əlavə, paytaxtdakı Olimpiya Stadionunda 2019-cu il UEFA Avropa Liqasının final görüşü keçiriləcək. 2020-ci ildə futbol üzrə qitə çempionatının final mərhələsinin dörd matçının Bakıda keçirilməsi barədə qərarın qəbul olunması beynəlxalq idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.
Bu ilin son aylarında da idmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışlarını davam etdirmişlər. Bədii gimnastlarımız, idman gimnastları, akrobatlar, gənc və yeniyetmə güləşçilər, üzgüçülər, ağır atletlər və digər idmançılar müxtəlif beynəlxalq turnirlərdə layiqli nəticələr qazanmışlar. Ağdamın "Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmış, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanaraq İsveçrənin Bil şəhərindəki Beynəlxalq Şahmat Festivalı çərçivəsində yarışın qalibi olmuş, bu günlərdə isə ABŞ-ın Sent-Luis şəhərində keçirilmiş superturnirdə rapiddə qələbə qazanmışdır.
Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.

Rizvan CƏFƏROV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM