04 Sentyabr 2018 00:21
842
Təhsil
A- A+

Yeni uşaq bağçası istifadəyə verilib


İsmayıllı rayonunun Xəlilli kəndində dövlət investisiya qoyuluşu əsasında 40 yerlik uşaq bağçası inşa edilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əsasında "Aqrartikinti” ASC-nin İsmayıllı filialı tərəfindən inşa edilən bina məktəbəqədər tərbiyə müəssisəsinin bütün tələblərinə cavab verir.

Bu günlərdə uşaq bağçasının təntənəli açılışı olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfərindən, təhsil və mədəniyyətin inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən ətraflı danışıb. Valideynləri, təhsil işçilərini, kəndin bütün sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib.

Tədbirdə Xəlilli kəndinin ağsaqqalı Vaqif Məmmədov, tam orta məktəbin direktoru Şakir Müseyibov və başqaları çıxış edərək yaradılan şəraitə, hərtərəfli qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Uşaqlar şeir söyləyiblər. Sonra yeni uşaq bağçasının binasına baxış keçirilib.

Rayonda bu kimi tədbirlər davamlı olacaqdır.


Ə.SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video