Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:06 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahin Mustafayev: Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollaradək investisiya yatırıb
Şahin Mustafayev: Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollaradək investisiya yatırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:18 03.09.2018

Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşündə deyib. Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Bildirib ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.

Şahin Mustafayev Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır.

İqtisadiyyat naziri ölkəmizin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək bankın "Star” neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Məlumat verilib ki, bu ilin sonunadək "Star” neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru K.Tanaka ölkəmizə səfərindən məmnunluğunu bildirərək bankın fəaliyyəti barədə məlumat verib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM