Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:37 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida Təhlükəsizliyi Agentliyi zərərli kartofun ölkəyə gətirilməsinin qarşısını alıb
Qida Təhlükəsizliyi Agentliyi zərərli kartofun ölkəyə gətirilməsinin qarşısını alıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:13 03.09.2018

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində zərərli orqanizmlər olan 24 min 700 kiloqram kartof məhsulunun ölkə ərazisinə daxil olmasının qarşısını alıb.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və "Güllü-80” MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib. Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.
Aşkar edilmiş karantin tətbiq olunan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin "Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24 min 700 kiloqram kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

"Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM