Alternative content

23:20 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Röyter”in jurnalistlərinə Myanmada yeddi il iş verildi
“Röyter”in jurnalistlərinə Myanmada yeddi il iş verildi
ANA SƏHİFƏ / DÜNYA
17:55 03.09.2018

Myanma məhkəməsi "Röyter” agentliyinin iki jurnalistini yeddi il müddətinə azadlıqdan məhrum etmişdir. Onlar dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinmişlər. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.
Reportyorları ötən ilin dekabrında hərbçilər həbs etmişdilər. Buna səbəb jurnalistlərin Arakan ştatında 10 müsəlmanın qətli ilə bağlı tədqiqat aparması olmuşdur. O vaxtdan bəri reportyorlar ölkənin keçmiş paytaxtı Yanqondakı həbsxanada saxlanılırdılar. Tutularkən onların üstündə iki hərbi hesabat və müsəlmanlara qarşı əməliyyatın keçirildiyi qəsəbənin xəritəsi tapılmışdır. Jurnalistlər məxfi dövlət sənədləri əldə etməkdə ittiham edilmişlər. Bu maddə üzrə maksimal cəza 14 ildir. Reportyorlar təqsirlərini boynuna almır və Myanma polisini təxribatda ittiham edirlər.
"Röyter” agentliyinin baş redaktoru Stiven Adlerin dediyinə görə, "bu gün Myanma, "Röyter” agentliyinin jurnalistləri Ko Va Lon və Ko Kya So Oo və bütün mətbuat üçün kədərli gündür”. O bildirmişdir ki, Myanma hökuməti "təcili olaraq qərara düzəliş etməlidir”.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Myanma qoşunları Arakan ştatında müsəlmanlara qarşı əməliyyata başlamışdır. Hərbi əməliyyatlar çoxsaylı tələfata və qaçqınların kütləvi şəkildə ölkəni tərk etməsinə gətirib çıxarmışdır. BMT-nin və hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 700 mindən çox arakanlı ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır.