Alternative content

03:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Liviya həbsxanasından 400-dən çox məhbus qaçdı
Liviya həbsxanasından 400-dən çox məhbus qaçdı
ANA SƏHİFƏ / DÜNYA
17:54 03.09.2018


Liviyanın paytaxtı Trablisdə davam edən toqquşmalar zamanı 400-dən çox məhbus həbsxanadan qaçmışdır. Bu barədə yerli polis məlumat vermişdir.

"Rosbalt” agentliyinin xəbərinə görə, həbsxana nəzarətçiləri öz həyatları üçün ehtiyatlanaraq qiyam qaldırmış məhbuslara mane ola bilməmişlər. Penitensiar müəssisədə əsasən cinayətkarlar və Liviyanın keçmiş diktatoru Müəmmər Qəzzafinin tərəfdarları saxlanılırmışlar.

Bu arada Trablisdə fövqəladə vəziyyət elan edilmişdir. Xatırladaq ki, ötən ayın 27-dən bəri paytaxtda müxtəlif silahlı qruplaşmaların nümayəndələri arasında toqquşmalar davam edir. Qarşıdurma nəticəsində azı 39 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM