Alternative content

07:45 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda İŞİD-in başçılarından biri öldürüldü
Əfqanıstanda İŞİD-in başçılarından biri öldürüldü
ANA SƏHİFƏ / DÜNYA
17:53 03.09.2018


ABŞ qoşunlarının Əfqanıstanda endirdiyi zərbə nəticəsində İŞİD terrorçu qruplaşmasının "Xorasan vilayəti” bölməsinin lideri məhv edilmişdir. Bu barədə NATO missiyasının məlumatına istinadən "RİA Novosti” agentliyi xəbər verir.

Hadisə ilə əlaqədar "Qətiyyətli dəstək” əməliyyatının saytında yerləşdirilmiş bəyanatda deyilir: "Avqustun 25-də Nənqərhar əyalətinin şərq hissəsində ABŞ qüvvələri "Xorasan vilayəti” qruplaşmasının Əbu Səəd Orakzay kimi tanınan liderinə zərbə endirmişdir. O, zərbə nəticəsində öldürülmüşdür”.

ABŞ 2001-ci ildə Əfqanıstanda antiterror əməliyyatına başlamışdır. Sonradan BMT Təhlükəsizlik Şurasının sanksiyası əsasında ölkədə NATO-nun komandanlığı ilə beynəlxalq qüvvələr (İSAF) yerləşdirilmişdir.

Antiterror koalisiyası ABŞ və İSAF-ın komandanlığı altında "Taliban” hərəkatı və "əl-Qaidə” qruplaşmasının silahlılarına qarşı mübarizə aparırdı. 2014-cü ildə NATO ölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılmışdır. 2015-ci il yanvarın 1-dən isə onun əvəzinə ölkəyə "Qətiyyətli dəstək” qeyri-döyüş missiyası gəlmişdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM