Alternative content

01:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Psixoloq: Məktəbi uşaqlara sevdirmək lazımdır
Psixoloq: Məktəbi uşaqlara sevdirmək lazımdır
ANA SƏHİFƏ / Təhsil
17:49 03.09.2018

Artıq bir neçə gündən sonra yay tətili bitir və beləliklə məktəblilərin səbirsizliklə gözlədikləri dərs ili başlayır. Həmin günün başlanmasına ən çox sevinənlər isə birinci sinfə qədəm qoyacaq uşaqlardır. Çünki onların həyatlarında yeni bir mərhələ başlayır. Bu uşaqlar arasında adaptasiya problem ilə qarşılaşanlar da az olmur.

Bakının Nizami rayonundakı 214 nömrəli məktəbin psixoloqu Vüsalə Məmmədova bu məsələ ilə bağlı fikirlərini AZƏRTAC-a bildirib.

Onun sözlərinə görə, birinci sinfə gedən uşaqlar məktəb mühitinə - təlim prosesinə, nizam-intizam qaydalarına və s. uyğunlaşmağa başlayırlar. Bu isə uşaqlarda psixoloji–sosioloji adaptasiya problemləri yaradır. Həmin problem məktəbəqədər hazırlıq qrupunda iştirak etməyən şagirdlərdə daha çox müşahidə olunur.

"Hesab edirəm ki, məktəbi uşaqlara sevdirmək lazımdır. Əgər övladınız məktəbə hər hansı sevdiyi əşyanı və ya oyuncağı aparmaq istəyirsə ona mane olmaq lazım deyil. Çünki uşaq özü başa düşməlidir ki, bura bağça yox, məktəbdir. Bir çox halda valideynlər uşağın psixoloji vəziyyətindən daha çox onun aldığı qiymətlərlə maraqlanırlar. Bu, düzgün deyil. Belə olan halda uşaq valideyninin və ya yaxınlarının onu təkcə dərslərindəki uğura görə sevdiyini düşünməyə başlayır. Uşaqların kiçik uğurları ilə də sevinmək və onu hər zaman dəstəkləmək lazımdır”, - deyə V.Məmmədova bildirib.