Alternative content

19:40 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR 2007-2017-ci illərdə Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin həcmini açıqlayıb
SOCAR 2007-2017-ci illərdə Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin həcmini açıqlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:47 03.09.2018
2007-2017-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Bildirilir ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti "SOCAR Georgia Petroleum”, "SOCAR Gas Export-Import”, "SOCAR Georgia Gas”, "SOCAR Georgia Gas Distribution”, "Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. Hazırda Gürcüstan ərazisində SOCAR-a tabe şirkətlərdə ümumilikdə 4 minədək işçi çalışır.
"SOCAR Georgia Petroleum”un əsas fəaliyyəti Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil etməkdən ibarətdir. Hazırda Gürcüstan ərazisində "SOCAR” brendi ilə 116 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Ümumilikdə 2006-2017-ci illər üzrə şirkət tərəfindən 196 milyon dollar məbləğində investisiya qoyulub. 2017-ci il ərzində şirkət 347 milyon litr həcmində neft məhsullarının satışını reallaşdırıb.
"SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. 2008-ci ildə Gürcüstan Hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən "SOCAR Georgia Gas” MMC ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və ölkəyə 40 milyon dollar sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində "SOCAR Georgia Gas”ın ümumilikdə 250 min abonenti qazla təmin edib, 290 milyon dollar yaxın həcmdə sərmayə qoyuluşu həyata keçirib. Şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 3,6 faizdir. "SOCAR Georgia Gas” hazırda bütün Gürcüstan üzrə 590 mindən artıq abonentə xidmət edir. 2017-ci ildə şirkətin kapital xərcləri təxminən 40,3 milyon dollar bərabər olub. Bundan başqa, şirkət göstərilən dövrdə Gürcüstan bazarına ümumilikdə 1,4 milyard kubmetr həcmində təbii qaz idxal edib. 2018-ci il proqnozlarına əsasən idxal ediləcək qazın həcmi 1,8 milyard kubmetr təşkil edəcək.
"SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazı iki qrup istehlakçılara: əhaliyə və enerji istehsalı obyektlərinə təchiz edilməsinə yönəldilib. 2009-2017-ci illərdə Gürcüstanın ictimai bazarına 12 milyard kubmetrə yaxın təbii qaz təchiz olunub. 2017-ci il ərzində Gürcüstanın ictimai bazarına təchiz olunan qazın miqdarı təqribən 1,7 milyard kubmetr olub.
2017-cı il ərzində "SOCAR Georgia Gas Distribution” şirkətinin kapital xərcləri təxminən 11,4 milyon dollar həcmində olub. Bu dövr ərzində Gürcüstan bazarına ümumilikdə 137,9 milyon kubmetr təbii qaz satılıb, 194,2 milyon kubmetr təbii qaz isə nəql olunub. "SOCAR Georgia Gas Distribution” şirkətinin 2017-ci il ərzində xalis mənfəəti 4,3 milyon dollar təşkil edib.
"Black Sea Terminal” - Kulevi Neft Terminalı 2008-ci ildən etibarən istismara verilib. Terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. İstismara qədər investisiya xərcləri 233 milyon dollar həcmində olub. 2008-2017-ci illər arasında terminala 96 milyon dollar (2017-ci ildə 10 milyon dollar daxil olmaqla) sərmayə yatırılıb. Göstərilən illər ərzində terminal vasitəsilə daşınan məhsul həcmi isə 23 milyon m/t (2017- ci il ərzində 1606354 m/t daxil olmaqla) olub.
"2007-2017-ci illər ərzində SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən şirkətin Tbilisi və Batumidəki inzibati ofis binaları, Tbilisidəki M.F.Axundovun ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi, eyni zamanda Marneulidəki "Çay Evi” və "Gənclər Mərkəzi”nin alınması və əhalinin istifadəsinə verilməsi və Tbilisidəki N.Nərimanovun ev muzeyinin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi kimi iri tikinti layihələri daxil olmaqla Gürcüstan iqtisadiyyatına 68,4 milyon dollar məbləğində maliyyə vəsaiti xərclənib. Bundan əlavə 2007-2017-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırılıb, Gürcüstan dövlət büdcəsinə 1,252 milyard dollar məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilib” ,- deyə hesabatda qeyd edilir.