Alternative content

08:42 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Braziliyanın Milli Muzeyi yanaraq külə dönüb
Braziliyanın Milli Muzeyi yanaraq külə dönüb
ANA SƏHİFƏ / DÜNYA
17:40 03.09.2018

Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi yanaraq tamamilə məhv olub.
AZƏRTAC "Globo” qəzetinə istinadla xəbər verir ki, muzeydə yanğın sentyabrın 2-də axşam saatlarında başlayıb. İnsident nəticəsində heç kim xəsarət almayıb. Yanğının səbəbləri hələlik dəqiq məlum olmasa da, ölkənin mədəniyyət naziri bunu uzun illər davam edən səhlənkarlığın nəticəsi kimi dəyərləndirib.

"İki yüz illik işlər, tədqiqatlar və biliklər itirildi”, - Braziliya Prezidenti Mişel Temer özünün "Twitter” səhifəsində belə yazıb.

Qeyd edək ki, 1818-ci ildə Portuqaliya kralı VI Juan tərəfindən əsası qoyulan Braziliya Milli Muzeyində 20 milyondan çox eksponat saxlanılırdı. Muzeyin ekspozisiyasına Şimali və Cənubi Amerikanın heyvan, mineral, daşlaşmış qalıqlar, mumiya və hindu əşyalarından ibarət ən iri kolleksiyalarından biri daxil idi.