Alternative content

03:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdman ürək-damar xəstəliklərindən qorumur
İdman ürək-damar xəstəliklərindən qorumur
ANA SƏHİFƏ / Səhiyyə
17:36 03.09.2018

Belə hesab edilir ki, idmançılar ürək-damar xəstəliklərindən əziyyət çəkmirlər. Lakin Britaniya Kolumbiyası Universitetinin alimləri bu fərziyyəni təkzib ediblər. Onlar bildiriblər ki, daimi fiziki aktivliyə baxmayaraq idmançılar da ürək-damar xəstəliklərinə qarşı həssasdırlar.

AZƏRTAC MedDaily saytına istinadla bildirir ki, əvvəllər aparılan araşdırmalar orqanizmin daimi fiziki ağırlığa məruz qalmasının vaxtından əvvəl ölümlə nəticələndiyini sübut edib.

Budəfəki tədqiqatlarda 35 yaşından yuxarı 798 idmançı iştirak edib. Onlar həftədə üç dəfə intensiv olaraq orta və yüksək ağırlıqlı fiziki hərəkətlərlə məşğul olublar. Bununla bərabər idmançılar öz sağlamlıqları, irsi problemlər və məşğul olduqları idman növü haqqında müxtəlif məlumatlar veriblər. Mütəmadi olaraq idmançıların qan təzyiqləri ölçülüb və koronar angioqrafiya (ürək damarlarının müayinəsi) olunub. Nəticədə iştirakçılardan 94 nəfərində ürək-damar xəstəlikləri, 10-unda isə ürəyin tac damarlarında ağır funksiya pozuntuları aşkar olunub. Onu da qeyd edək ki, patologiyalar heç bir əlamətlə özünü büruzə verməyib.

Araşdırmalar onu sübut edib ki, pis vərdişlərin və genetik xəstəliklərin olmamasına baxmayaraq, idman ürək-damar xəstəliklərindən qorunmanın təminatı deyil.