Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:46 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırdı
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırdı
ANA SƏHİFƏ / SİYASƏT
15:55 03.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı.

Rusiyalı məşhur politoloq Pavel Klaçkov bu fikri Azərbaycan dövləti başçısının sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfərinin və Prezident Vladimir Putinlə aparılmış danışıqların yekunlarını AZƏRTAC-a şərh edərkən söyləyib.

Pavel Klaçkov deyib: "Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliyyət həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi, dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda hər iki ölkə birgə olmalıdır ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoyulmuş bütün hədəflərə nail olundu”.

Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq deyib: "İki ölkə arasında əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır. Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd təsərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycandan çoxlu kənd təsərrüfatı məhsulları daxil olur.

İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıyıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, burada münaqişəli zonaların olmaması, münasibətlərin kəskinləşməməsi Rusiyanın da maraqlarına uyğundur”.

Rusiyalı politoloq deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir.

Pavel Klaçkov iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə toxunaraq qeyd edib ki, çoxlu sayda biznes layihələri, xüsusən Taman bərə terminalının tikintisi layihəsi var. Rusiyalı ekspert iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu vurğulayaraq deyib: "Burada iki yanaşmanın sintezi müşahidə olunur. Biz təhlükəsizliyi təmin etmək üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk. Qarşılıqlı etimadın müəyyən səviyyəsinə çatandan sonra isə iqtisadiyyatı inkişaf etdiririk. Rusiya hesab edir ki, burada ardıcıl irəliləmək üçün çox böyük perspektivlər, geniş imkanlar var. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı addım-addım genişləndirir, hərtərəfli düşünülmüş tədbirlər həyata keçirirlər”.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM